Rəşid Mahmudov: “Şou aparıcıları efirdə şıllaq atırlar”
Bizi izləyin

Qırmızı.az

Rəşid Mahmudov: “Şou aparıcıları efirdə şıllaq atırlar”

Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri namizədi Rəşid Mahmudov teleaparıcı Mətanət Əliverdiyevanın efirdə “şpaqat” açmasına münasibət bildirib.

R.Mahmudov Publika.az-a açıqlamasında deyib ki, özəl televiziya kanalları daha çox efirdə şou yaratmaq üçün çalışır: “Bəzi şou aparıcıları efirdə şıllaq atırlar. Həmin telekanallar bu cür verilişləri efirə verməməlidir. Mən hər zaman demişəm ki, ölkə telekanallarının əksəriyyəti xalqın əleyhinə çalışır. Mən bunu efirdə də dəfələrlə söyləmişəm.

“Ay Zaur”-da, ANS TV-də və digər yerlərdə demişəm ki, bu cür problemlərimiz var. Məni hər zaman da şou verilişlərə çağırırlar, ancaq mən bu cür verilişlərə getmirəm. Elə olur ki, bir gündə 3 verilişə çağırırlar. Ancaq onların heç birinə getmirəm. Mən “Ay Zaur” verilişinin aparıcısı Zaur Kamalın xətrini çox istəyirəm, yaxşı münasibətimiz var. O gün məni və 3 müğənnini verilişinə çağırmışdı. Ona dedim ki, mən müğənniyəm, məni niyə çağırmısan? Elə çəkilişlər olur ki, o, xalqımıza və dövlətimizə fayda gətirəndir, həmin verilişlərə gedirəm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm