Taleh Şahsuvarlı daxili işlər nazirinə müraciət etdi
Bizi izləyin

Qırmızı.az

Taleh Şahsuvarlı daxili işlər nazirinə müraciət etdi

“Gündəlik Teleqraf” qəzetinin şef-redaktoru Taleh Şahsuvarlı daxili işlər naziri Ramil Usubova şikayət ərizəsi ilə müraciət edib. Bu barədə tanınmış jurnalist özü məlumat verib.

Taleh Şahsuvarlı bildirib ki, onun Azərbaycan Prezidenti İlham Əliyevi öz yazılarında və sosial şəbəkələrdə ardıcıl və prinsipial şəkildə müdafiə etməsi, bir media nümayəndəsi olaraq gündəmin aktual məsələləri ilə bağlı dövlətin mənafeyinə və vətəndaş cəmiyyətinin inkişafına xidmət edən açıqlamaları hansısa şəxsləri ciddi şəkildə narahat edib: “Məhz bu narahatlığın nəticəsidir ki, hansısa psixoloji problemləri olan şəxs və ya şəxslər "Facebook" sosial şəbəkəsində əleyhimə saxta səhifə açıblar. Həmin səhifədə şərəf və ləyaqətimi təhqir edir, işgüzar nüfuzuma ləkə salmağa çalışırlar. Bu zaman sosial şəbəkədəki şəxsi hesabımda paylaşdığım, "Facebook"un son qaydalarına görə icazəm olmadan yayınlanması yasaq olan fotolarımdan da qara PR üçün istifadə edilir.”

Taleh Şahsuvarlı Daxili İşlər nazirinə ünvanlandığı şikayət məktubunda həmin saxta və təhqiramiz səhifənin yaradıcılarının aşkarlanaraq cəzalandırılmasını xahiş edib.

“Ümid edirəm ki, hörmətli Ramil Usubov bu məsələni cox ciddi şəkildə diqqətdə saxlayacaq və həmin şəxslər üzə çıxarılaraq cəzalanacaq”- deyə jurnalist fikrini tamamlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm