Bakı metrosunda hadisə, 1 nəfər öldü
Bizi izləyin

Qırmızı.az

Bakı metrosunda hadisə, 1 nəfər öldü

Metronun “İnşaatçılar” stansiyasında ölüm hadisəsi baş verib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Publika.az-a verilən məlumata görə, Stansiyaya 62 yaşlı qadının halının pisləşməsi ilə bağlı müraciət olub. Təcili yardım həkimləri hadisə yerinə çatanda artıq qadın dünyasını dəyişmişdi.

“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev ölən şəxsi Metropolitenin əməkdaşı olduğunu bildirib:

“1952-ci il təvəllüdlü Həlimə Əliyeva metroda laborant işləyirdi. Onun ürək problemi var idi, mütəmadi müalicə olunurdu. Ötən gün 16:12-də halı pisləşib, dərhal hadisə yerinə təcili yardım briqadası çağırılsa da, o, dünyasını dəyişib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm