• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydaları müəyyən edilib

Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydaları müəyyən edilib

Nazirlər Kabineti "Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nı təsdiq edib.

Publika.az Nazirlər Kabinetinin rəsmi saytına istinadən məlumat verir ki, bu Qaydalar malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müəyyən edir. Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi gömrük orqanının icazəsi ilə həyata keçirilir.

Qaydalara əsasən, xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilən daxili mallar emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilir.

Aşağıdakı daxili malların xaricdə emalına icazə verilmir:

ixracı idxal gömrük rüsumlarının və vergilərin geri qaytarılmasına və ya qanunvericilikdə nəzərdə tutulmuş hallarda onlardan azad olunması ilə nəticələnə biləcək mallar;

təmiri üzrə əməliyyatların aparıldığı hallar istisna olmaqla, ixracdan əvvəl son istifadə ilə əlaqədar gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad edilməklə sərbəst dövriyyəyə buraxılmış mallar;

İxrac edilməsi ixrac üzrə gömrük ödənişlərinin geri qaytarılması ilə nəticələnən mallar.

Xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar onların qorunması, xarici görünüşünün və keyfiyyətinin yaxşılaşdırılması, satış və daşınma üçün hazırlanması məqsədi ilə adi işləmə formalarına məruz qala bilərlər.

Gömrük orqanının verdiyi icazəyə uyğun olaraq daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar, yaxud onların bir hissəsi, habelə emal edilmiş məhsullar emalı davam etdirmək məqsədi ilə xaricdə emal xüsusi gömrük prosedurunun şərtlərinə müvafiq olaraq gömrük ərazisindən kənara müvəqqəti təkrar ixrac edilə bilər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR