Qırmızı.az
Məşhur türkiyəli müğənni qəzaya uğradı, ölən və yaralananlar var
Publika.Az-ın məlumatına görə, Bengü və sürücüsü qəzadan yaralı qurtulublar, mühafizəçi isə həlak olub.
Dünən Ankarada konsert verdiyi və səhər ertədən İstanbula doğru
yolda çıxdığı öyrənilən Bengünün şəxsi mikroavtobusu TEM avtoyolu
Çamlıca bölgəsinə 500 metr qalmış qəzaya uğrayıb. Məşhur sənətçi
Bengü Erden və sürücüsü Salih Yağlıcı yaralı olaraq Kartal
xəstəxanasına çatdırılıb. Ancaq Bengünün mühafizəçisi o qədər
şanslı olmayıb. Yaxın mühafizəçilik edən Ümid Özür hadisə yerində
can verib.
Şahidlər mikroavtobusun çox böyük sürətlə getdiyini və buna görə də
idarəni itirdiyini deyiblər. Əvvəlcə sürətlə baryerlərə dəyən
avtobus yolun ortasında tərs dönərək dayana bilib.
Bengü və sürücüsü Kartal xəstəxanasında müalicə altına alınıblar.
Qəza yerində ambulansa mindirilərkən üzünü gizlədən Bengü
xəstəxanaya gətirilərkən görüntülənib. Üzündə sıyrıqlar olan
Bengünün vücudunun müxtəlif yerlərində də qırıqlar olduğu
öyrənilib.
Bengü Kartal universitetindən özəl bir xəstəxanaya aparılıb.
Müğənni xərəklə çıxarılarkən “Hər şey yaxşıdır” deyib.
Sahilə
Publika.Az
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO