Xəbərdarlıq: Hava soyuyacaq, qar, sulu qar yağacaq
Bizi izləyin

Qırmızı.az

Xəbərdarlıq: Hava soyuyacaq, qar, sulu qar yağacaq

Dekabrın 14-dən başlayaraq ölkə ərazisində hava şəraitinin nisbətən qeyri-sabit keçəcəyi gözlənilir.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentinin Hidrometroloji proqnozlar bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, dekabrın 13-dən axşam saatlarında qərb rayonlarından başlayaraq şimal küləyinin sürəti bir qədər artacaq. Arabir yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.

Sabah Bakıda və Abşeron yarımadasında da arabir yağış yağacağı gözlənilir. Bakıda havanın temperaturu gecə 5-7, gündüz 9-14 dərəcə isti olacaq.

Aran rayonlarında isə havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti olacaq. Dağlarda 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm