Qırmızı.az
Gəncədə təqsirləndirilən şəxs tutuldu
Fevralın 8-də saat 01 radələrində Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü İlqar Həsənovun kəsilmiş-deşilmiş xəsarətlərlə şəhər Təcili Tibbi Yardım Stansiyasına daxil olması barədə Gəncə şəhər Baş Polis İdarəsinə daxil olmuş məlumat əsasında toplanmış material üzrə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
Aparılmış istintaqla Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Elxan Hüseynovun fevralın 7-də saat 23 radələrində şəhərin N.Nərimanov və B.Əliyev küçələrinin kəsişdiyi ərazidə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı üstündə gəzdirdiyi bıçaqla İlqar Həsənovun bədəninin müxtəlif nahiyələrinə həyat üçün təhlükəli xəsarətlər yetirməsində, həmçinin hadisə yerinə kənar şəxslərin toplaşdığını görüb oradan qaçaraq onu öldürməyə yönəldilmiş əməlini iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməməsində şübhələr üçün kifayət qədər əsaslar olduğundan cinayət işi CM-in 29, 120.1-ci (qəsdən adam ödürməyə cəhd) maddəsinə tövsif olunub.
Şəhər prokurorluğu və Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Elxan Hüseynov tutulmuş və iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Nizami rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda Gəncə şəhər prokurorluğunda cinayət işi üzrə istintaq davam etdirlir.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR