Qırmızı.az
“Həmsədrlərin fəaliyyətinə yenidən baxılmalıdır” - Mövqe
“ATƏT-in Minsk qrupunun həmsədrləri hələ də anlaya bilmirlər ki, atəşkəsi pozan ermənilərdir”. Bunu Publika.Az-a açıqlamasında politoloq Qabil Hüseynli ATƏT-in Minsk qrupunun həmsədrlərinin birgə bəyanatını şərh edərkən bildirib.
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Robert Bradtke (ABŞ) birgə bəyanatla çıxış ediblər. Həmsədrlər Azərbaycan-Ermənistan sərhədi boyunca və qoşunların təmas xəttində atəşkəsin pozulması, insanların ölümü və yaralanması ilə nəticələnən son hadisələrdən narahat olduqlarını bildirib, hər iki ölkə rəhbərliyini atəşkəslə bağlı öhdəliklərə əməl etməyə çağırıblar.
Politoloq Qabil Hüseynli hesab edir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri məsələyə yanaşmada qeyri-obyektiv münasibətini davam etdirirlər: “Bütün dünya bilir ki, ermənilər Azərbaycan torpaqlarını işğala məruz qoyublar. 1 milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün həyatı yaşayır. Beynəlxalq təşkilatların bununla bağlı çoxsaylı qətnamələrinin olmasına baxmayaraq, Ermənistan işğalçılıq siyasətindən geri çəkilmək niyyətində deyil. Atəşkəsi pozan da ermənilərdir.
Həmsədrlər obyektivlik hissini itiriblər. Bu səbəbsiz deyil və Azərbaycana qarşı qərəzli münasibətin davamı sayıla bilər. Bütün bunları nəzərə alanda ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə yenidən baxılması zərurəti ortaya çıxır.
Şəxsən mənim qənaətimə görə, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə problemin həllinə nail olmaq mümkün olmayacaq”.
Azər Niftiyev
Publika.Az
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan