"Facebook"-da problem - FOTO
Bizi izləyin

Qırmızı.az

"Facebook"-da problem - FOTO

Gecə yarısından sonra Feysbuk sosial şəbəkəsində problemlər yaranıb.

Axar.az xəbər verir ki, bu gecə saat 12-dən sonra Feysbuk sosial şəbəkəsində bəzi texniki problemlərin yaranması istifadəçilərin narazılığına səbəb olub.

Əsas problem şəxsi ismarıc bölməsində yaşanıb. Bəzi profillərə məktub göndərilə bilmədiyi halda bəzi profil sahibləri ilə rahat mesajlaşmaq mümkündür. Bəzi sosial şəbəkə istifadəçilərinin yazdığı statuslara görə, mesaj bölümü ümumiyyətlə sıfırlanıb. Problem hələ də davam etməkdədir.

Qeyd edək ki, 800 milyondan çox üzvü olan sosial şəbəkə sahibi Mark Zukerberq bir neçə gün bundan qabaq Feysbukda "bəyənməmək" düyməsinin çıxacağı barədə açıqlama vermişdi. Yaranan problemin sosial şəbəkədəki yeni dəyişiklik üzündən olduğu ehtimal edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm