İqtidaryönlü partiyalar vahid blokda birləşə bilər - AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

İqtidaryönlü partiyalar vahid blokda birləşə bilər - AÇIQLAMA

“Nəinki Azərbaycan müxalifətinin, onun ayrıca cinahının belə, seçkiyə vahid namizədlə qatılacağı real deyil”. Bunu Publika.Az-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə İctimai Palatanın 2013-cü il prezident seçkilərinə vahid namizədlə qatılacağına dair gündəmə gələn fikirləri şərh edərkən bildirib.

Aydın Mirzəzadə deyib ki, indiyə qədər dəfələrlə müxalifət cəbhəsinin seçkiyə vahid namizədlə qatılacağı haqqında informasiyalar yayılıb, ancaq ya sonda təkzib olunub, ya da baş tutmayıb: “Yəqin ki, bu dəfə də onlar seçkiyə fərdi şəkildə qatılmağa üstünlük verəcəklər. Ənənəvi müxalifət liderlərindən indiyə qədər çox belə açıqlamlar eşitmişik. Seçki ərəfəsində hərə yorğanı öz tərəfinə çəkəcək.

Bir məqamı da unutmaq lazım deyil ki, dediyiniz müxalifət liderləri seçkidə qalib gələ bilməyəcəklərini öncədən bilirlər. Əslində onların məqsədi seçkidə qalib gəlmək deyil. Əsas məqsədləri seçkilərin ikincisi, üçüncüsü olmaqdır”.

İqtidaryönlü partiyaların vahid blok halında seçkyiə qatılmaq perspektivlərinə toxunan millət vəkili bu barədə danışmağın tez olduğunu söyləyib: “Yeni Azərbaycan Partiyasının 500 mindən artıq üzvü var. Bütün partiyaların birlikdə üzvləri də YAP-la müqayisədə çox zəifdir.

Belə olduğu təqdirdə YAP-ın heç kimin dəstəyinə ehtiyacı yoxdur. Amma zamanı gələndə iqtidaryönlü partiyaların vahid blok şəklində seçkiyə getməsi müzakirə oluna bilər”.

Azər Niftiyev

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm