• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Məscidlərdə mühafizə sistemi gücləndirilir

Məscidlərdə mühafizə sistemi gücləndirilir

"Bütövlükdə Azərbaycandakı böyük məscidlərdə mühafizə sistemi var. Digər məscidlərdə də mühafizə sisteminin qurulması istiqamətində işlər gedir".

Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün jurnalistlərə açıqlamasında deyib.

Komitə sədri Qaraçuxur qəsəbəsindəki məscidin yandırılması cəhdi ilə bağlı qeyd edib ki, baş verən hər hansı təxribatı ümumiləşdirərək onu bütün ölkəyə aid etmək olmaz: "Həmin hadisə dərhal araşdırıldı və hüquq-mühafizə orqanları tərəfindən günahkarlar və hadisəni törədənlər müəyyənləşdirildi".

M.Qurbanlı qeyd edib ki, son zamanlar görülən tədbirlər nəticəsində ölkədə dini radikalizmin azalması müşahidə olunur: "Azərbaycanda islami dəyərlərimizə zidd olan ayrı-ayrı qruplar, radikallaşmış dəstələr fəaliyyət göstərir, lakin onların nə ictimai, nə də sosial dayaqları yoxdur. Bu cür qruplara qarşı biz maarifləndirmə yolu ilə müvafiq yollarla işlərimizi davam etdiririk. Aparılan işlər də çox böyük nəticələr verir. Artıq Azərbaycanda radikalizmdə səngimə, azalma görürük. Bütövlükdə bundan əvvəl də görülən işlər öz bəhrəsini verib. Dini radikalizmi yaradan səbəbləri aradan qaldırmaq üçün işlər davam edir. Bunlardan biri də dini maarifləndirmədir, dini icmalarla işdir".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR