Qırmızı.az
İqtidar-müxalifət dialoqunda aktivləşmə
"Siyasi partiyalar haqqında" yeni qanun layihəsi iqtidarla müxalifətin dialoqunda prioritet məsələlərdən olacaq. Publika.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyasından olan deputat Aydın Abbasov belə deyib.
Onun fikrincə, sözügedən məsələ ilə bağlı ATƏT-in Bakı ofisinin də
xüsusi təklif və rəyləri var, bu qanun layihəsi tezliklə qəbul
olunmalıdır: "Hesab edirəm ki, iqtidar bütün məsələlərdə
müxalifətlə ortaq məxrəcə gələ bilər. "Siyasi partiyalar haqqında"
qanun layihəsi artıq bir neçə ildir ki, gündəmdədir. Düşünürəm ki,
qanun layihəsinin müzakirələri tezliklə başlanmalıdır".
AXCP sədrinin birinci müavini Razi Nurullayev də yeni qanun
layihəsi ətrafında dialoq və müzakirələri mümkün sayır: "İqtidarla
dialoq aparılmalıdır və bu addım alqışa layiqdir. Fikrimcə, bu
yaxınlarda iqtidarla müxalifətin qanun layihəsi ilə bağlı görüşü
baş tutacaq. Bildiyimə görə, hakimiyyət tərəfdən dialoqun
keçirilməsi istiqamətində bir sıra işlər görülüb. Biz də öz
növbəmizdə bu istiqamətdə fəaliyyətimizi aktivləşdirmişik. Hesab
ediəm ki, dialoq iqtidarla müxalifət arasındakı buzları
əridəcək”.
"Siyasi partiyalar haqqında" qanun layihəsinin parlamentdə müzakirə
çıxarılacağı haqda Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev
məlumat verib. O, 1992-ci ildə qəbul olunmuş hazırkı qanunun artıq
köhnəldiyini bildirib.
"Siyasi partiyalar haqqında" qanun layihəsinə Venesiya Komissiyası
da rəy verib.
Elmir
Publika.Az
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO