Qırmızı.az
Kamal Abdulla: “Bu xəbərə çox sevindim“ - Açıqlama
Azərbaycanın tanınmış yazıçısı, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullanın "Nobel" mükafatına namizədliyi qeydə alınıb. Məlumata görə, bu il Azərbaycandan sözügedən nüfuzlu ödüllə bağlı 5 müxtəlif müraciət olub. İlk dəfə olaraq Nobel Komissiyası Azərbaycandan ünvanlanan müraciətə müsbət cavab verib. Belə ki, tanınmış yazıçı Kamal Abdullanın quruma təqdim edilən trilogiya tipli 3 - "Sehrbazlar dərəsi", "Yarımçıq əlyazma" və "Unutmağa kimsə yox" əsərləri yüksək qiymətləndirilərək mükafata namizəd kimi qeydə alınıb. Artıq Kamal Abdullanın namizədliyinin qeydə alınması ilə bağlı rəsmi məktub da martın 17-də yazıçıya göndərilib.
K.Abdulla Publika.Az-la öz təəssüratlarını bölüşüb: "Sözün açığı,
mən bunu Azərbaycan ədəbiyyatına verilən qiymət hesab edirəm.
2008-ci ildə də Azərbaycandan Nobel Komissiyasına müraciət
edilmişdi. Amma yaxşı nəticəsi olmamışdı. Odur ki, əsərlərimin belə
bir ünlü ödülə namizəd kimi qeydə alınacağına bir qədər inanmırdım.
Mənim ücün gözlənilməz oldu. Bu xəbərə çox sevindim".
K.Abdulla əsərlərinin “Nobel” mükafatına namizəd seçilməsi üçün
Komissiyaya ayrı-ayrı ədəbiyyatçıların müraciət etdiyini bildirdi:
“Müraciəti ayrı-ayrı ədəbiyyatçılar etdiyindən trilogiya tipli 3 -
"Sehrbazlar dərəsi", "Yarımçıq əlyazma" və "Unutmağa kimsə yox"
əsərlərinin mükafata namizəd kimi qeydə alındığı barədə xəbər də
onların ünvanına gəlib. Elə xəbəri də mənə onlar verdi. Çox
sevindim".
K.Abdulla müraciətin ötən ilin noyabr ayında edildiyini də söylədi.
Biz də Publika.Az olaraq hörmətli yazarımızı bu uğuruna görə
ürəkdən təbrik edirik.
Zülfiyyə Telmanqızı
Publika.Az
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər