Qırmızı.az
“AKKORD Şirkətlər Qrupunun DSMF-na borcu yoxdur“
Akkord Korporasiyası bəzi kütləvi informasiya vasitələrində "Akkord-Qum" MMC-nin Azərbaycan Dövlət Sosial Müdafiə Fondu tərəfindən 8 min manat məbləğində borcun ödənilməməsi səbəbindən məhkəməyə verilməsi, bank hesablarına həbs qoyulması, əmlakının satılması ilə bağlı yer alan yanlış informasiyaları təkzib edib.
"Məsələnin mahiyyəti barədə "Akkord Sənaye Tikinti İnvestisiya
Korporasiyası" ASC-dən qabaqcadan hər hansı bir məlumatı əldə
etmədən yayılmış məlumatlar tərəfimizdən Korporasiyanın işgüzar
nüfuzuna xələl gətirmək cəhdi kimi qiymətləndirilir. Bu səbəbdən
Akkord Korporasiyası məsələ ilə bağlı real vəziyyəti əks etdirən
faktları diqqətə çatdırmaqla yayılmış yanlış informasiyanın təkzib
edilməsini tələb edir", - ASC-nin İctimaiyyətlə əlaqələr
departamentindən Trend-ə bildiriblər.
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC 10.08.2011-ci
il tarixdən "Akkord-Qum" MMC-nin hüquqi varisidir.
"Akkord-Qum" MMC-nin bütün qalıq borcları onun hüquq varisi "Akkord
Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin qalıq borcuna
daxil edilib və həmin borc məbləği ASC tərəfindən hələ
14.11.2011-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun hesabına
köçürülüb. Borcun ödənildiyi Fondun İri sığortaedənlərlə iş üzrə
departamentinin 99/01/03-3387 saylı, 24.11.2011-ci il tarixli
məktubu ilə təsdiq olunur.
"Əlavə olaraq vurğulamaq istərdik ki, "Akkord Sənaye Tikinti
İnvestisiya Korporasiyası" ASC 2011-ci ildə 7 233 984,57 manat
məbləğində sosial sığorta ödənişini həyata keçirib ki, bu da
2010-cu ilin müvafiq göstəricisi ilə müqayisədə 5,2 dəfə çoxdur.
2012-ci ilin yanvar-fevral ərzində sosial sığorta ödənişlərinin
həcmi 1 489 640,58 manat təşkil edib. İlin sonunadək bu məbləğin 8
200 000 manat olması proqnozlaşdırılır.
Yekunda qeyd etmək istərdik ki, "Akkord Sənaye Tikinti İnvestisiya
Korporasiyası" ASC Dövlət Sosial Müdafiə Fonduna tam və
vaxtlı-vaxtında ödənişləri həyata keçirən təşkilatlar sırasındadır
və ASC-nin Azərbaycan Respublikası Fonda heç bir borcu yoxdur", -
ASC-dən qeyd ediblər.
Publika.Az
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR