Qabil Hüseynli: “Rusiya Azərbaycana təzyiq edə bilməz“- MÜNASİBƏT
Bizi izləyin

Qırmızı.az

Qabil Hüseynli: “Rusiya Azərbaycana təzyiq edə bilməz“- MÜNASİBƏT

Bu barədə Publika.Az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib: "Bizim Abxaziyadakı separatçı rejimə hər hansı pozitiv münasibətimiz ermənilərin Qarabağda qurduqları separatçı rejiməm qarşı münasibətdə də dəyişiklik tələb edə bilər. Bizim Dağlıq Qarabağ problemimiz var. Bunu da hamı başa düşür. Həm də, biz xarici siyasətimizi Rusiyanın istəklərinə görə qurmuruq. Rusiya orada haqsızlıq edir, öz oyuncaq rejimini yaradıb, dünya səviyyəsində də bu rejim qəbul olunmur".


Q.Hüseynli Rusiyanın Abxaziya və Cənubi Osetiya ilə bağlı Gürcüstana göstərdiyi münasibətin Qarabağ məsələsində Azərbaycana qarşı sərgilənməsini hələlik real saymır: "Bu məsələlər mahiyyətcə bir-birinə oxşayır, çünki bu münaqişələr Rusiya tərəfindən regionda yardılıb və Moskva etnik qarşıdurma yaradaraq, regionu nəzarətdə saxlamağa çalışır. Lakin Azərbaycan Rusiya ilə münaisbətlərini Gürcüstan qədər korlamır və eyni aqressiyanı sərgiləmək üçün Kremlə şərait yaratmır. Eyni zamanda Qarabağ məsələsi beynəlxalq səviyyədə hüquqi qiymətini alıb və rəsmi Moskva hər hansı ciddi addım ata bilməz. Onun hər hansı addımı dünyada qınaqla qarşılanar və Rusiya asanlıqla öz sözünü keçirə bilməz".

Politoloq istisna etmir ki, Azərbaycan silahlı qüvvələri cəbhə xəttini keçdiyi təqdirdə Rusiya tərəfindən aqressiv münaisbət görülə bilər: "Hələ ki, bu dövlət regionda təhlükəli bir qüvvədir, amma zamanla zəifləyir, onun regionda tutduğu mövqe də geriləməyə doğru gedir".


Rüfət Əhmədzadə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm