Səlim Müslümov Avropada...
Bizi izləyin

Qırmızı.az

Səlim Müslümov Avropada...

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Baş katibi H.H.Konkolevskinin dəvəti ilə İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfər edib.


Fondun ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.Az-a verilən məlumata görə, səfər zamanı ötən il Bakı şəhərində açılımış BSTA-nın Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzinin fəaliyyəti, o cümlədən BSTA-nın siyasi dəstəyi ilə Azərbaycan Respublikasında sosial sığorta-pensiya sahəsi üzrə regional tədqiqat və tədris mərkəzinin yaradılması məsələlələri müzakirə olunub.

Daha sonra Azərbaycan nümayəndə heyəti BSTA-nın təşkilatçılığı ilə Fransanın Sent Etyen şəhərində yerləşən sosial müdafiə sahəsinin müxtəlif məsələləri üzrə ixtisaslaşmış Milli Sosial Təminat Məktəbinin işi, tədqiqat və tədris proseslərinin təşkili ilə yaxından tanış olub.

Azərbaycan Respublikasında sosial sığorta-pensiya sahəsində həyata keçirilən islahatlar və əldə olunmuş nəticələrlə bağlı DSMF sədri S.Müslümov isveçrəli və fransalı mütəxəssislərin çoxsaylı suallarını cavablandırıb və BSTA-nın Mətbuat Xidmətinin xahişi ilə Assosiasiyanın “Uğurlu təcrübələr” proqramı çərçivəsində video müsahibə verib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm