Qırmızı.az
ADİU ilə Türk Akademiyası arasında memorandum imzalanıb
Dekabrın 19-da Türk Akademiyasının prezidenti, professor Darhan Kıdırali Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olub.
Publika.az-ın məlumatına görə, ADİU-nun rektoru, professor Ədalət Muradov qonağı salamlayaraq universitetin professor-müəllim və tələbə heyətinə Türk Akademiyası haqqında ətraflı məlumat verib. Bildirib ki, Akademiya türk dünyasının strateji inkişaf istiqamətləri üzrə fundamental tədqiqatlar aparan qurumdur.
Türk Akademiyasının prezidenti, professor Darhan Kıdırali çıxışında türk dünyasında mütərəqqi fikir ortaya qoyan dahilərin bir çoxunun Azərbaycandan olduğunu bildirib. Ortaq dəyərlərdən, tarix və mədəniyyətdən danışan D.Kıdırali gələcəkdə türk dünyası iqtisadi araşdırmalar mərkəzinin yaradılmasını arzu etdiyini bildirib.
Qonaq ADİU-nun professor-müəllim və tələbə heyətinin suallarını cavablandırıb.
Tədbirin sonunda ADİU ilə Türk Akademiyası arasında təhsil sahəsində əməkdaşlıq, birgə elmi tədqiqatlar və təhsil layihələrinin mütəmadi keçirilməsi haqqında anlaşma memorandumu imzalanıb.
Qeyd edək ki, Prof. Dr. Darhan Kıdırali 1974-cü ildə Cənubi Qazaxıstanda doğulub. Mərmərə Universitetində bakalavr, Ege Universitetində magistr, İstanbul Universitetində tarix üzrə fəlsəfə doktoru, Lev Qumilyev adına Avrasiya Milli Universitetində isə elmlər doktoru dərəcəsi alıb. Lev Qumilyev adına Avrasiya Milli Universiteti, İstanbul Memar Sinan Universitetinin professoru, Çingiz Aytmatov Akademiyasının isə akademikidir. Müxtəlif illərdə Ahmet Yesevi Universitetində kafedra müdiri və baş katib, Astanada Prezident Mədəniyyət Mərkəzinin direktor müavini, Qazaxıstan Təhsil və Elm Nazirinin müşaviri, Qazaxıstan Prezident Administrasiyasında ekspert və sektor müdiri, Qazaxıstan Prezidentinin mətbuat katibinin müavini, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Katibinin müavini vəzifələrində çalışıb. 4 aprel 2014-cü ildən Türk Akademiyasının prezidentidir.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR