• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Ərlə arvad 10 yaşlı qızı və anasını amansızlıqla qətlə yetirdi

Ərlə arvad 10 yaşlı qızı və anasını amansızlıqla qətlə yetirdi

10 yaşlı qızı və onun anasını bıçaqlayaraq qətlə yetirən şübhəli şəxslər yaxalanıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, qatarda çalışan Haziret Geçitli Konyanın İlgin İlçeli Göstəri məhəlləsində yaşayan həyat yoldaşı, 40 yaşlı Fatma və 10 yaşlı qızı Betüldən xəbər almayınca Burdurda universitetdə təhsil alan oğlu İlyasa telefon açıb.

Ata oğlundan anası və bacısı haqda məlumat öyrənib onu bilgiləndirməsini xahiş edib. Bundan sonra İlyas kənddəki qohumlarına zəng edib və atasının nigaran olduğunu deyib. Qohumlar Haziret Geçitlinin evinə baş çəkdikdə ana və qızının bıçaqla öldürüldüyünün şahidi olublar. Məsələ ilə bağlı dərhal polisə məlumat verilib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları qətli törətmiş şəxslərin axtarışına başlayıblar.

İstintaq tədbirləri zamanı bəlli olub ki, 10 yaşlı qızı və onun anasını 32 yaşlı A.Ü. və onun həyat yoldaşı 36 yaşlı G.Ü. qətlə yetirib. Onlar polisə verdikləri ifadələrində qeyd ediblər ki, qətli törədən A.Ü. olub. Onun arvadı G.Ü. isə bu işdə həyat yoldaşına yardım edib.

Polisin araşdırmaları zamanı qətlin təfərrüatı məlum olub. Belə ki, şübhəli şəxs qismində saxlanılmış kişi polisə ifadəsində bildirib ki, mərhum Fatma Geçitli onun həyat yoldaşı haqqında dedi-qodu çıxardığı üçün qadını öldürmək qərarına gəlib: «Fatmanın məni tanımaması üçün arvadımın paltarını geyinib gizlicə onların evinə getdim. Ona 52 bıçaq zərbəsi endirdim. Bu vaxt digər otaqda yatan 10 yaşlı Betül oyandı. Qız məni tanıdığı üçün onu da öldürməyə məcbur oldum. Ona 11 bıçaq zərbəsi vurdum».

Qeyd edək ki, ifadələri alındıqdan sonra qatil ərlə arvad məhkəmə qarşısına çıxarılıblar. Məhkəmənin qərarı ilə həbs olunan şəxslər Ağşəhər Cəza Evinə göndəriliblər.

Vazeh

Xəbər lenti

DAHA ÇOX XƏBƏR