Qırmızı.az
"SABAH" qrupları 15 min tələbəni əhatə edəcək
“SABAH” qrupları 20 ali təhsil müəssisənin 15-nin bazasında, 8 ixtisas qrupunun 5-i üzrə ümumilikdə 15 min tələbəni əhatə edəcək. Bu qrupların yaradılmasında əsas məqsəd azərbaycanlı tələbələrin xarici ali məktəblərdəki tələbələrlə əməkdaşlığı, tədris proqramların təkmilləşdirilməsi nəzərdə tutulur.
Bu sözləri Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin aparıcı məsləhətçisi Sülhəddin Gözəlov deyib. Onun sözlərinə görə, bu qruplara seçim göstəriciləri 61 balda çox olan birinci kurs tələbələri iştirak edəcək.
“Bu üç mərhələdən ibarət olacaq birinci elektron qeydiyyat, ikinci imtahan prosesidir, sonuncu isə müsahibədir. Imtahanlar isə məntiq, xarici dil imtahanları veriləcək. Bu qruplarda təhsil alanlar bütün ixtisas fənnləri ilə yanaşı xarici dil, kompüter bilikləri və müasir tələblərə uyğun təcrübə keçəcəklər. Xarici ölkə universitetləri ilə mübadilə imkanı əldə edəcək. İşəgötürülənlərlə mütəmadi əlaqə imkanı veriləcək. Yerli müəllimlərlə yanaşı, xarici müəllimlər də bu qruplar üçün dərs keçəcək, xarici ekspertlər mühazirə deyəcəklər. Beynəlxalaq tədbirlərdə iştirak imkanı qazanacaqlar.
Birinci kurs tələbələrinin 69 %-ni, ali təhsil müəssiələrin 75%-ni əhatə edəcək. 21 ixtisasdan 14-ü üzrə təhsil almaq imkanı yaradılacaq. Bu qruplarda birləşmə imkanı say baxımından tələbələrin sayına görə, Bakı Dövlət Universiteti, ən azı isə Mingəçevir Politexnik Universitetində birləşəcək”.
Gülxar
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı