Sabah isti olacaq
Bizi izləyin

Qırmızı.az

Sabah isti olacaq

Az yağış gözlənilir

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, günün birinci yarısında bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, səhər və axşam saatlarında duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 2-5, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 14-də yağmursuz hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən şərq rayonlarında az yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 10 dərəcəyədək şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm