Bakı metrosunda yenilik
Bizi izləyin

Qırmızı.az

Bakı metrosunda yenilik

“Bakı metropoliteninin stansiyalarında iki dildə məlumatverici lövhələr quraşdırılacaq”.

Bu sözləri Axar.az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Metropoliten sözçüsünün verdiyi məlumata görə, Avropa Oyunları ilə bağlı Metropolitendə bir sıra yeniliklər olacaq:

“Avropa Oyunları ilə bağlı Metropolitendə də müəyyən işlər görülür. Oyunlara qədər əsasən məlumatverici lövhələrin iki dildə olması planlaşdırılır. Bir sıra yeniliklərin tətbiq olunması planlaşdırılsa da, hələ ki, sadəcə lövhələrin dəyişdirilməsini deyə bilərəm. Növbəti yeniliklərlə bağlı məlumat veriləcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm