Qırmızı.az
Evlərə görə vergi dəyişdi - YENİ QAYDALAR
2015-ci ildən etibarən Azərbaycanda əmlak və torpaq
vergilərinin dərəcələri və hesablanma qaydaları
dəyişdirilib.
Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, artıq verginin
məbləği əmlakın qiymətindən yox, ölçülərindən asılı olacaq.
Yeni qaydalarda yaşayış sahələri üçün ayrıca vergitutma
mexanimzləri nəzərdə tutulub. Belə ki, mənzilin sahəsi 30
kvadratmetrdən aşağı olan əmlak sahibləri əmlak vergisi
ödəməyəcəklər. Əmlak vergisi mənzilin 30 kvadratmetrdən artıq olan
hissəsinə görə hesablanacaq.
Amma verginin məbləği regionlardan asılı olaraq dəyişəcək. Belə
ki, 30 kvadratmetrdən artıq hər 1 m2-i üçün vergi Bakıda 40 qəpik,
Gəncə, Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda 30 qəpik,
digər şəhər və rayon mərkəzlərində 20 qəpik olacaq. Kənd və
qəsəbələrdə, o cümlədən kiçik yaşayış məntəqələrində isə evin hər
kvadratmetrindən 10 qəpik tutulacaq (30 kvadratmetrdən
artıq).
Bakının özündə də vergi fərqli olacaq. Məcəlləyə edilən
dəyişikliklər nəticəsində əmlak vergisinin məbləği nəinki əmlakın
hansı regionlarda yerləşməsini, hətta paytaxtın mərkəzində və ya
kənarında yerləşməsini də nəzərə alacaq. Belə ki, Bakının ayrı-ayrı
ərazilərində əmlak vergisinin dərəcəsi fərqli olacaq. Paytaxtdakı
əmlakdan vergilərin hesablanması üçün 0,7-dən 1,5-ə qədər dəyişə
bilən əlavə əmsal tətbiq edilə bilər.
Başqa sözlə, Bakıdakı əmlak sahibləri üçün verginin məbləği hər m2 üçün 28 qəpikdən 60 qəpiyə qədər dəyişəcək. Yəni əmlak vergisinin məbləği indiyə qədər mənzil-istismar idarələrinə ödənilən məbləğ qədər olacaq. Sadəcə gələn ilin əvvəlində verginin ödənilməsi səlahiyyəti daşınmaz əmlakın yerləşdiyi ərazinin yerli özünü idarəetmə oqranlarına (bələdiyyələrə) veriləcək (fins.az).
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR