• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bakı nəqliyyatında xüsusi rejim - TƏCİLİ MÜŞAVİRƏ

Bakı nəqliyyatında xüsusi rejim - TƏCİLİ MÜŞAVİRƏ

Havaların soyuması özü ilə bərabər yeni problemlər də gətirir. Yağış və sulu qar paytaxtın nəqliyyat sisteminə necə təsir edəcək?

Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərovun Publika.az-a bildirdiyinə görə, artıq idarə gücləndirilmiş iş rejiminə keçib: “İdarədə növbətçilik qrafiki tərtib olunub. Hansı küçələrdə problemlər yaşana bilər, o ərazilərdə nəqliyyat vasitələrinin texniki cəhətdən saz olması, hava sisteminin tənzimlənməsi məsələsi nəzarətdədir. Bu gün səhər rəhbərlik yanında bununla bağlı xüsusi müşavirə də keçirilib. Müşavirədə aidiyyəti qurumların hamısına müvafiq tapşırıqlar verilib”.

Elə “Azəryolservis” ASC də sərt havalara hazır olduğunu bildirib. ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Publika.az-a verdiyi məlumata görə, 2014-15-ci illər “Azәryolservis” ASC­in mәrkәzi aparatında bununla bağlı qәrargah da yaradılıb:

“Nәqliyyat Nazirliyi “Azәryolservis” ASC­in tabeliyindә olan idarә vә müәssisәlәrin 2014­2015­ci illәr üzrә payızqış mövsümünә hazırlıq mәqsәdilә artıq әmr var. Əmrə əsasən, payız­qış mövsümündә avtomobil yollarının vә yol qurğularının normal istismarını tәmin etmәk mәqsәdilә cәmiyyәtin mәrkәzi aparatında qәrәrgah yaradılıb. Hər bir istismar idarəsi əmrə əsasən xidmәt etdiyi avtomobil yolları üzrә tәdbirlәr planını hazırlayaraq icrasına başlayıb. Buraya avtomobil yollarının, yol avadanlıqlarının texniki vәziyyәtinә baxış keçirmәk , tələb olunan miqdarda qum, yanacaq-sürtkü materialları, işçilərin xüsusi geyimlərlə təmin olunması və yol texnikasının, maşın­mexanizmlәrin, nәqliyyat vasitәlәrinin saz vәziyyәtә gәtirilmәsinә nәzarәt aiddir”.

P. Mürsəliyevin sözlərinə görə, qeyri­sabit hava şәraitindә yarana bilәcәk xoşagәlmәz hadisәlәrin aradan qaldırılması üçün kifayәt qәdәr material ehtiyatı, saz vә hazır vәziyyәtә gәtirilmiş maşın­mexanizmlәr var: “İlkin mәrhәlә olaraq 25 min kub metr qum, 1160 ton texniki duz ehtiyyatı yaradılıb, 500 ton texniki duzun әlavә alınması alınması üçün müqavilә bağlanıb. Bundan әlavә, 1050-yə yaxın maşın­mexanizm vә nәqliyyat vasitәsi hazır vәziyyәtә gәtirilib”.

Körpülәr yerlәşәn әrazidә çayların yataqlarının, yollarda suötürücü boruların, küveytlәrin tәmizlәnmәsi, işçilәrin xüsusi geyimlәrlә tәmin olunması, tәlәb olunan miqdarda qum, texniki duz vә yanacaq­sürtgü materialları ehtiyatı yaradılıb. Eyni zamanda magistral yollarda, dağlıq rayonlarda, Bakı şәhәrindә yerlәşәn avtomobil yolları, prospekt vә küçәlәrdә mövcud vәziyyәtlә bağlı operativ tәdbirlәrin görülmәsi üçün cәmiyyәtin mәrkәzi aparatında sutkalıq növbәtçilik tәşkil olunub. Avtomobil yollarının vә yol qurğularının istismar vәziyyәti , bütün görülkən işlər barәdә mәlumatlar operativ növbәtçilәr tәrәfindәn müntәzәm şәkildә qeydә alınacaq.

Artiq birinci mərhələ üzrə işlərin başa çatdığını deyən ASC rəsmisinin sözlərinə görə, əgər hava şəraiti uzunmüddətli kəskin keçərsə, bu ehtiyat da artırıla bilər və vəziyyət tam nəzarətdədir.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR