Qırmızı.az
Bu gün ölkə ərazisindəki hava haqqında məlumat
Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Günün birinci yarısında bəzi yerlərdə az yağıntı olacağı ehtimalı var. Səhər və axşam saatlarında duman olacağı gözlənilir.
Temperatur gecə 2-5°, gündüz 5-10° isti, Bakıda gecə 2-4°, gündüz
7-9° isti olacaq.
Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 763 millimetr civə
sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil
edəcək.
Naxçıvan Muxtar Respublikasında hava əsasən
yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq.
Temperaturun gecə 3-8°, dağlıq ərazilərdə 12° şaxta, gündüz 6-11°
isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi
yerlərdə duman olacaq.
Temperaturun gecə 1-6° şaxta, gündüz 5-10° isti olacağı
gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və
Cəbrayıl rayonlarında hava əsasən yağmursuz, səhər bəzi
yerlərdə duman olacaq.
Temperaturun gecə 0-4°, gündüz 8-12° isti olacağı
gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi
yerlərdə duman olacaq.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti,
dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 8-12° şaxta,
gündüz 0-5° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı,
Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava
əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 0-5°, gündüz 10-15° isti olacağı
gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında gecə və səhər bəzi yerlərdə havanın az
yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 3-6°, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta,
gündüz 3-8° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Yaxın iki gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün əlverişlidir.
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?