Tovuzda ağır qəza: bir ailənin 5 üzvü xəsarət aldı
Bizi izləyin

Qırmızı.az

Tovuzda ağır qəza: bir ailənin 5 üzvü xəsarət aldı

Tovuz rayonunda yol qəzası olub, 6 nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, ötən gecə Bakı-Qazax avtomagistralının Tovuz rayonu ərazisində Sumqayıt şəhər sakini Zaur Cəbiyevin idarə etdiyi minik avtomobili Gürcüstan vətəndaşı Ələddin Mirzəyevin sürücüsü olduğu avtomobillə toqquşub.

Nəticədə, sürücü Ələddin Mirzəyev, həyat yoldaşı Ramidə Mirzəyeva, qızı Ülviyyə Namazova və onun bacısı qızları və digər avtomobilin sürücüsü müxtəlif dərəcəli xəsarətlər alaraq Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

Qəza barədə danışan sürücü Ələddin Mirzəyev bildirib ki, avtomobil qəfildən onun yoluna çıxıb.

Faktla bağlı araşdırma aparılır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm