Qırmızı.az
Bakıda gəncin başını kəsən: "Peşiman deyiləm, ailəmə sataşıblar" - VİDEO
İtin hürməsilə nəticələnən qətlin təfərrüatları
açıqlanıb.
ANS TV-nin məlumatına görə, Səbail Rayon Pois İdarəsi 39-cu
polis bölməsi və rayon prokurorluğu əməkdaşlarının keçirdiyi
əməliyyat zamanı 1988-ci il təvəllüdlü Çobanov Elçin Elman oğlu
saxlanılaraq istintaqa təqdim olunub. O, ifadəsi zamanı qətlə
yetirilən 26 yaşlı Həsənov Həsən Namiq oğlu və yaralanan 22 yaşlı
Məmmədzadə Orxan Təbriz oğlu ilə aralarında yaranan mübahisəyə
aydınlıq gətirib.
"İnstitutda oxuyan yoldaşımı götürmək üçün arxasınca getmişdi. İki
nəfər qaqaş “Sahil” bağında iti gəzdirirdi. Yoldaşımın rəfiqələri
bizdən qabaqda gedirdi. Bu zaman onlardan biri iti üstünə
qısqırtdı. Bundan sonra onlara yaxınlaşıb, bunun nə üçün
etdiklərini soruşanda dedi ki, qorxma dişləməz”.
Bundan sonra isə iki nəfərlə əlbəyaxa olan Elçin Çobanov cibində
gəzdirdiyi bıçaqla hər iki şəxsə xəsarət yetirib.
“Sonra onlar başladılar iti dartışdırmağa. Onlardan biri çantasını
və gödəkcəsini çıxardaraq məni vurmağa başladı. O an mən özümü
itirdim. Bilmədim necə oldu, neyləmişəm, kimi vurmuşam?. Peşman da
deyiləm. Mənim ailəmə sataşıb. Mən heç kimin ailəsinə
sataşmamışam”- deyə saxlanılan şəxs Elçin Çobanov bildirdi.
Elçin iş ilə əlaqədar olaraq mütəmadi olaraq cibində bıçaq
gəzdirdiyini də bildirib: “Balaca bıçaqdır, həmişə də üstümdə olub.
Onunla kolbasa, çörək doğrayıram”.
Faktla bağlı Elçin Çobanov barəsində Səbail Rayon Prokurorluğunda
cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.
Dekabrın 6-da Bakıda Bülbül prospektində, Üzeyir Hacıbəyov
küçəsinin kəsişməsində, “Sahil” bağında naməlum şəxs 1989-cu il
təvəllüdlü Həsənov Həsən Namiq oğlu və onun yanında olana 1993-cü
il təvəllüdlü Məmmədzadə Orxan Təbriz oğlu bıçaqla xəsarət
yetirərək hadisə yerindən qaçmışdı.
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO