• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Sinoptiklərdən XƏBƏRDARLIQ

Sinoptiklərdən XƏBƏRDARLIQ

Yanvarın 9-da Bakıda və Abşeron yarımadasında əsasən gecə və səhər saatlarında qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi günün birinci yarısında 10-15 m/s-dək mülayimləşəcək. Temperaturun gecə 1-4° şaxta, gündüz 0°-yə yaxın, Bakıda 2-4° şaxta, gündüz 0°-yə yaxın olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.

Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz şərq küləyi ilə əvəz olunacaq. Temperaturun gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir. Yollar buz bağlayacaq. Yuxarı Qarabağ: Xankəndi, Şuşa,

Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir 18-20 m/s-dək güclənəcək, gündüz şərq küləyi ilə əvəz olunacaq. Temperaturun gecə 9-14° şaxta, gündüz 3-8° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir 18-20 m/s-dək güclənəcək, gündüz şərq küləyi ilə əvəz olunacaq. Temperaturun gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında fasilələrlə qar yağacağı gözlənilir. Günün ikinci yarısında tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir 18-20 m/s-dək güclənəcək, gündüz şərq küləyi ilə əvəz olunacaq. Temperaturun gecə 5-10° şaxta, gündüz 0-5° şaxta, dağlarda gecə 11-16°, yüksək dağlıq ərazilərdə 20-25° şaxta, gündüz 5-10° şaxta olacağı gözlənilir.

Yollar buz bağlayacaq. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir 18-20 m/s-dək güclənəcək, gündüz şərq küləyi ilə əvəz olunacaq. Temperaturun gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, gecə və səhər arabir 18-20 m/s-dək güclənəcək. Temperaturun gecə 2-4° şaxta, gündüz 0-4° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR