Minik avtomobili ilə avtobus toqquşdu: 1 nəfər yaralandı
Bizi izləyin

Qırmızı.az

Minik avtomobili ilə avtobus toqquşdu: 1 nəfər yaralandı

Suraxanı rayonunda “VAZ” markalı minik avtomobili və “Daewoo” markalı mikroavtobus toqquşub

Suraxanı rayonunda “VAZ” markalı minik avtomobili və “Daewoo” markalı mikroavtobus toqquşub.

Publika.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin xilasediciləri hadisə yerinə cəlb olunub.

Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum oub ki, hər iki avtomobil deformasiyaya uğrayıb, “VAZ” markalı minik avtomobilinin sürücüsü avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb. .

Oxumağa davam et
Reklam
Reklam

Gündəm