Qırmızı.az
Bakıda yol polisinə qarşı xuliqanlıq olunub
Bakıda sürücü yol polisinə qarşı xuliqanlıq edib.
Publika.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, Bakı
şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin 4-cü tağımının
inspektoru, polis serjantı Şahverdiyev Pərviz Əliveyis oğlu raport
yazaraq bildirib ki, Əhməd Cavad küçəsində xidməti vəzifəsini
yerinə yetirərkən zorakılıqla üzləşib.
Bu il polis orqanlarına qəbul olunan 27 yaşlı yol polisi əməkdaşı
əlavə edib ki, Ə.Cavad küçəsi 1 ünvanının qarşısında “VAZ 2107”
markalı avtomobili qayda pozuntusuna görə saxlayıb. Avtomobilin
sürücüsü sənədləri verəndən sonra onlar arasında mübahisə yaranıb.
Əsəblərinə hakim ola bilməyən sürücü yol polisinə qarşı kobudluq
edib və daha sonra avtomobilinin baqajından mismarçıxardan götürüb.
O, mismarçıxardanla öz maşının əzmək istəyib və yol polisini
hədələyib.
İlkin araşdırmalardan sonra “VAZ 2107” markalı, 99 FH 507 nömrə
nişanlı avtomobilin sürücüsü müəyyənləşdirilib. Bu, Ağsunun
Daşdəmirli kənd sakini, 1985-ci il təvəllüdlü Babaşov Fərhad Yaşar
oğlu olub.
Araşdırmalar davam etdirilir.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR