Azərbaycan şəhərində ziyarətgah yenidən dağıdıldı – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Azərbaycan şəhərində ziyarətgah yenidən dağıdıldı – FOTOLAR

Azərbaycanlıların ziyarət etdiyi Mir Qafar Ağanın qəbri yenidən dağıdılıb.

Bu barədə Axar.az-a Dərbənddəki mənbədən məlumat verilib.

Mənbə məzarın bu gün dağıdıldığını bildirib. Hələlik cinayətkar tapılmayıb. Hadisənin dərbəndlilərin İmam Yaraliyevə qarşı keçirdikləri etiraz aksiyasına cavab olaraq törədildiyi güman edilir.

Mir Qafar Ağanın qəbri yanvarın 5-də naməlum şəxslər tərəfindən dağıdılmışdı. Həmin vədə hadisənin Dərbənd şəhərinin meri olan İmam Yaralıyev vasitəsiylə törədildiyi və klanlararası savaşın bir parçası olduğu ehtimalı irəli sürülmüşdü. Həmçinin hadisədə “Sadval”ın da barmağının olma versiyası irəli sürülmüşdü.

Qeyd edək ki, ötən gün isə Dağıstan Prezidenti Ramazan Abdulatipov azərbaycanlılarla dağıstanlılar arasında nifaq salmağa cəhdlə bağlı bəyanat yaymışdı (Bəyanatla BURADA tanış ola bilərsiniz).

Yeni fotoları təqdim edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm