Qırmızı.az
Pensiyaların ödənişi niyə yubanır?
Ötən son iki ildə pensiyalar Bakı şəhəri ərazisində yanvar ayının 13-nə kimi ödənilirdisə, bu il ödənişlərdə yubanma müşahidə edilir. Gecikmənin hansı səbəbdən baş verdiyini öyrənmək üçün DSMF-nin şöbə müdiri Famil Qədimovla əlaqə saxladıq.
F.Qədimov Publika.az-a açıqlamasında “buna gecikmə deməzdim” deyə bildirdi: “Yeni ilin ilk həftəsi istirahət gününə düşdüyündən bir az yubanıb. Amma bu gündən vəsait köçürülməlidir, 13-nə heç qalmır”.
Xatırladaq ki, 2013-cü il fevralın 12-də DSMF və Maliyyə Nazirliyi arasında imzalanan protokola əsasən, pensiya ödənişləri Naxçıvan Muxtar Respublikası üzrə hər ayın 11-dək, Bakı şəhərinin rayonları üzrə hər ayın 13-dək, əhalisi məcburi köçkün olan rayonlar üzrə hər ayın 16-dək, respublika tabeli şəhərlər üzrə hər ayın 18-dək, digər rayonlar hər ayın 24-dək, hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçılar üzrə hər ayın 29-dək yekunlaşdırılmalıdır.
Maraqlıdır ki, DSMF yetkilisi Maliyyə Nazirliyinə pensiyaların maliyyələşdirilməsilə bağlı heç vaxt müraciət edilmədiyini deyir: “Pensiyalar həmişə ayın 10-dan sonra köçürülürdü. Pensiyaların maliyyələşməsinə gəlincə, biz bununla bağlı nə əvvəllər, nə də indi Maliyyə Nazirliyinə müraciət eləmişik. Yəni gecikmə yanvarın 10-11 tarixlərinin qeyri-rəsmi iş günlərinə düşməsilə bağlıdır ”.
Gülnar Əliyeva
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan