Qırmızı.az
Qənirə Paşayeva Əyyubluda müəllim və şagirdlərlə görüşüb
Millət vəkili Qənirə Paşayeva Tovuzun yaxşı təhsil göstəriciləri olan Eyvaz Bayramov adına 1 saylı Əyyublu kənd orta məktəbini ziyarət edib, müəllim və şagirdlərlə görüşüb, onların qayğı və problemləriylə maraqlanıb. Millət vəkili gənclərimizin savadlı yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayaraq bildirib ki, Eyvaz Bayramov adına 1 saylı Əyyublu kənd orta məktəbi Tovuzun ən yaxşı təhsil ənənələri olan məktəblərindən biridir və ötən il orta məktəbi bitirən 38 nəfər şagirddən 21-nin tələbə adını qazanmasında fədakar müəllimlərimizin böyük rolu var və gənc müəllimlər belə müəllimlərimizdən örnək götürməlidir.
Məktəbin direktoru Afət Qocayeva və bir sıra müəllimlər çıxış
edərək məktəbdə təhsilin vəziyyəti, qarşıda duran hədəflər barədə
məlumat verib və fikirlərini söyləyiblər. Millət vəkili Qənirə
Paşayeva müəllimlərin fikir və qayğılarını dinləyib və fikir
mübadiləsi aparılıb. Gənclərin mütləq bir peşə sahibi olmasının
önəmini vurğulayan millət vəkili Qənirə Paşayeva bu ilin
göstəricilərin ötən illə müqayisədə daha da yaxşı olacağına
inandığını deyib. Məktəbin vəziyyəti ilə də maraqlanan millət
vəkili Qənirə Paşayevaya müəllimlər yaxşı təhsil ənənələri olan
Eyvaz Bayramov adına 1 saylı Əyyublu kənd orta məktəb binasının
ciddi əsaslı təmirə ehtiyacı olduğunu deyiblər və bu istiqamətdə
millət vəkili kimi dəstək göstərməsini xahiş ediblər. Millət vəkili
məktəbin əsaslı təmirinə böyük zərurət olduğunu bildirərək bununla
bağlı artıq hökumətə müraciət etdiyini və təkrarən təhsil naziri
Mikayıl Cabbarova və hökumətə millət vəkili kimi xahiş və müraciət
edəcəyini də vurğulayıb.
Millət vəkili məktəbdə şagirdlərlə də görüşüb, onların dərsləri,
planları ilə də maraqlanıb və fikir mübadiləsi aparılıb.
Millət vəkili Qənirə Paşayeva bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq, hər bir gəncimiz orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidir. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva müəllim və şagirdlərə müəllifi olduğu kitabları imzalayaraq hədiyyə etməklə yanaşı, gənclərin oxuması üçün çoxlu sayda kitab və hədiyyələrini də məktəbə təqdim edib.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR