Alimlərə "Qızıl medal" veriləcək
Bizi izləyin

Qırmızı.az

Alimlərə "Qızıl medal" veriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) qızıl medalları alimlərə apreldə təqdim ediləcək.

Publika.az xəbər verir ki, bunu AMEA prezidenti Akif Әlizadə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, AMEA tərəfindən alimlər üçün təsis edilmiş "Qızıl medal" biri azərbaycanlı və biri əcnəbi olmaqla iki alimə veriləcək.

“Bu ilin aprel ayında Rəyasət Heyətinin ümumi yığıncağında qızıl medallar ilk dəfə olaraq ən yüksək elmi nailiyyətə görə təqdim ediləcək. Bu medallar RH tərəfindən təsdiq olunan alimlərə veriləcək".

AMEA prezidenti deyib ki, ötən il ilk dəfə olaraq, Azərbaycanın görkəmli alimlərinin adına mükafatlar təsis edilib.

A.Әlizadə deyib ki, bu yaxınlarda 2014-cü ilin yekunlarına əsasən akademiyanın adlı mükafatlarına təqdimatlar barədə elan veriləcək.

O deyib ki, nailiyyət əldə edən alimlərə bu il də adlı mükafatlar veriləcək.

“Bu mükafatlar verilərkən namizədlərin nəticələri çox ciddi müzakirə olunacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm