• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“İcraçı Kredit Agentliyi kreditləri şəxsi biznesə istifadə etmir” – İKA-dan etiraz bəyanatı (R)

“İcraçı Kredit Agentliyi kreditləri şəxsi biznesə istifadə etmir” – İKA-dan etiraz bəyanatı (R)

Son dövrlərdə müxtəlif sayt və mətbu orqanlarda “İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatı (İKA) və onunla əməkdaşlıq edən Kredit İttifaqları barədə şər, böhtan dolu, savadsız və qərəzli yazılara yer verilir.

Bu da uzun müddət ölkədə kənd təsərrüfatının inkişafına və kəndli-fermerlərin maddi rifah halının yaxşılaşdırılmasına öz töhvəsini vermiş kredit təşkilatının və kredit ittifaqlarının haqlı narazılığına səbəb olur. Həmin kredit ittifaqları (KI) üzv olduqları “Azərbaycan Kredit İttifaqları Assosiasiyası” İctimai Birliyindən (AKİA) onlara dəstək olmaq məqsədilə 2003-cü ildə təsis olunmuş qeyri-hökumət təşkilatı və Kİ-ləri öz sıralarında birləşdirmiş birlik, Kİ-lərin hüquqlarının qorunmasına cavabdeh qurum olaraq hadisələrə qiymət, haqsız yazılara cavab verilməsini tələb edirlər.

AKİA-nın əsas missiyası birləşdirdiyi onlarla kredit ittifaqlarının inkişaf etməsinə yardım etmək, onların ölkə daxilində və beynəlxalq səviyyədə hüquqlarının qorunmasına xidmət etməkdən ibarətdir.

AKİA-da cəmləşən Kredit İttifaqlarının yaranma tarixi də 2000-ci illərə təsadüf edir. Onların yaradılması ulu öndər Heydər Əliyevin 2000-ci ilin mayında imzaladığı “Kredit İttifaqları haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənib.

Kredit İttifaqlarının fəaliyyət göstərdikləri bütün bu dövrdə 85-ə yaxın Kİ yaranıb, onlardan 50-ə yaxını öz fəaliyyətlərini genişləndirərək kredit bazarında özünəməxsus yer tutub, xeyli hissəsi isə hətta beynəlxalq normalara uyğunlaşaraq xarici investorlarla işləyir. Bu nailiyyətlərin əldə olunmasında İKA MMC BOKT-un da xüsusi rolu var.

İKA fəaliyyətə başladığı 2003-cü ildən indiyədək öz missiyasına uyğun olaraq ona ümumilikdə ayrılmış 18 mln. ABŞ dolları məbləğində vəsaiti, respublikanın 5 bölgəsini əhatə edən 51 rayonda fəaliyyət göstərən 77 kredit ittifaqı və 2425 birgə borclu qrupları vasitəsilə, 35 minədək kəndli-fermerlərə təkrar kreditlər şəklində paylayıb, bu ailələrin məşğul olduğu həmin kiçik bizneslərin inkişaf etdirilməsi yolu ilə onların güzəranının xeyli yaxşılaşdırılmasında nəzərəçarpacaq, faydalı xidmətlər göstərib və nəticə etibarı ilə 35 mindən çox iş yerlərinin yaradılmasına və qorunub saxlanılmasına yardım göstərib.

Son dövrlərdə müxtəlif sayt və mətbu orqanlarında İKA və Kİ-lər barədə qərəzli yazılara yer verilir ki, bu da İKA və kredit ittifaqlarının fəaliyyətlərinə kölgə salır.

Həmin məqalələrdə göstərilir ki, son 7 ildə İKA-ya Dünya Bankının xətti ilə 50 milyon manat, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin xətti ilə son 5 ildə 100 milyon manatdan çox vəsait ayrılıb və guya İKA-nın rəhbəri bu vəsaitləri öz biznesinə sərf edib. Bu yazılar reallıqdan uzaq, faktlara əsaslanmayan fikirlərdir.

Məqalələrdə bir sıra qabaqcıl kredit ittifaqlarının fəaliyyətləri barədə şər-böhtan xarakterli fikirlər qeyd edilməklə onlar barədə mənfi fikir formalaşdırılır. Halbuki, adlarını qeyd etdiyiniz Kİ-lər tərəfindən, xüsusən Beyləqan regionunda aparılan kreditləşmə işinin borc alanlar üçün rahatlığı, bürokratik əngəllərdən, süründürməçilikdən uzaqlığı, borc alanlara bilavasitə yaxınlığı, eyni zamanda əhalinin bu işə səriştəliyi özünün səmərəliliyini təsdiq edib ki, bu da dövlətin aqrar sahədə apardığı islahatlar kontekstində xırda sahibkarlıqla məşğul olanlara dövlətin qayğısı kimi qiymətləndirilir.

Respublikamızın regionlarında fəaliyyət göstərən Kİ-lər, bölgələrdə yaşayan və bu proqramdan faydalanan 13 min nəfər sadə kəndli fermerlər, onların 40-45 min nəfərə yaxın ailə üzvləri adından bəzi qara fikirli bədhaxlara öz şəxsi maraqlarından və subyektiv ambisiyalarından əl çəkmələrini məsləhət görür. Kütləvi informasiya vasitələri ilə dezinformasiya yaymağa son qoymaqlarını tövsiyə edir, habelə bəzi informasiya agentliklərinin də bu cür anonim xarakterli yazıların işıqlandırılmasında maraqlı olmamaları arzu olunur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR