İnternat evlərinə verilən uşaqların əmlakını qohumları mənimsəyir
Bizi izləyin

Qırmızı.az

İnternat evlərinə verilən uşaqların əmlakını qohumları mənimsəyir

Bu gün internat məktəbi və uşaq evlərində tərbiyə alan uşaqların bir çoxunun mülk problemi ortaya çıxır. Məsələ burasındadır ki, uşaqlar 18 yaşını tamamalayıb məktəbi tərk edən zaman yaşamağa yerləri belə olmur.

Dövlət Statistika KomitəsindənModern.az-a verilən məlumata əsasən hazırda Azərbaycanda olan körpələr evinin sayı 4, orada olan uşaqların sayı 163; uşaq evlərinin sayı 6, orada olan uşaqların sayı 509; sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərinin sayı 12, orada olan uşaqların sayı 2653; əqli cəhətdən geri qalan uşaqlar üçün internat evlərinin sayı 2, orada olan uşaqların sayı 197; ümumi təhsil internat məktəblərinin sayı 21, orada olan uşaqların sayı 5734; valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəblərinin sayı 3, orada olan uşaqların sayı 389-dur.

Maraqlıdır, Azərbaycanda sırf bu tip məsələlərin aydınlaşması və problemin həlli ilə məşğul olan Ailə, Qadın, Uşaq Komitəsində bununla bağlı hansı işlər görülür?

“Uşaq evləri, intenat məktəblərində tərbiyə alan uşaqların hüquqları yerli icra hakimiyyəti orqanlarının qəyyumluq və himayə orqanları tərəfindən müdafiə olunur və həmin orqanlar uşaqların hüquqlarının həyata keçirilməsində onlara yardım göstərən bir qurumdur”.

Bunu Modern.az-a açıqlamasında Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komotəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib.

T.İbrahimova qeyd edib ki, komitəyə sırf mülkiyyət proeblemlərilə bağlı müraciətlər daxil olub:

“Müraciətlərin biri uşaq evinin məzunu tərəfindən edilmişdi. O bildirmişdi ki, internat evinə düşməmişdən qabaq yaşadığı ev əmisi tərəfindən mənimsənilib.

Adətən belə müraciətlərdə biz yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarını sorğu edir və məsələnin araşdırılmasını tələb edirik. Bu məsələ ilə bağlı həmin uşağın hüquqları bərpa edildi. İntenatdan əvvəl yaşadığı ata evi ona qaytarıldı”.

Komitə rəsmisi təcrübədə valideynini itirən intenat uşaqlarının evlərinin mənimsənilməsi hallarına dəfələrlə rast gəldiklərini deyib:

“Qanunvericilikdə bir məqam var ki, evin satılması qəyyumluq orqanın icazəsi olmadan həyata keçirilə bilməz. Əgər şəxs internatdadırsa, onun əvvəl yaşadığı mənzilin satılmasında qəyyumluğun razılığı olmaldır. Təcrübədə bu cür boşluqlarla rastlaşırıq. Bəzən ev alqı-satqısı qəyyumluq orqanın xəbəri olmadan həyata keçirilir. Qanunsuz yollara əl ataraq öz əməllərini həyata keçirirlər. Adətən həmin şəxslər internatda olan şəxsin yaxın qohumları olur. Bu isə artıq cinayət işi deməkdir.

Buna bənzər hallarla yaxınlarda rastlaşmışdıq, hansı ki, ev alqı-satqısı həyata keçilmişdi. Biz hüquq mühafizə orqanlarıan müraciət etdik. Məhkəmə qərarı həmin alqı-satqının nəticəsini ləğv etdi. Və uşağın hüquqları bərpa olunaraq evi geri verildi”.

T. İbrahimova internatı bitirərək məzun olan uşaqların yaşayış yeri probleminə də toxunub:

“Ümumiyyətlə valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqları ilə bağlı qanunvericilik bazası mövcuddur. Və həmin qanunda göstərilir ki, əgər şəxs internat evində yaşadığı müddət bitdikdən sonra (təqribən uşaq 17 yaşındaykən) oranı tərk etməlidir. Bu halda əgər uşağın getməyə mənzili yoxdursa, onun üçün yaşayış yeri dövlət tərəfindən təmin olunmalıdır. Onun əvvəl qediyyatda olduğu yerli icra hakimiyyəti orqanı öncədən şəxsin yaşayış yeri məsələsni həll etməlidir.

Bütün bunlara baxmayaraq məzunların yaşayış yeri ilə bağlı problemlər mövcuddur. Dövlət Proqramlarında məsələ prioritet olaraq durur. Bildiyiniz kimi bu yaxınlarda valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün xüsusi bina tikilərək istifadəyə verilib. Və eyni zamanda bir çox yerlərdə belə binaların tikilməsi gözlənilir”.

Həmçinin komitədən bildirilib ki, yalnız 2013-cü il ərzində 961 uşaq övladlığa verilib. Onlardan 1 yaşa qədər olanalrın sayı 204, 1-5 yaş arası olanların sayı 429, 6-10 yaş arası olanların sayı 183, 11-17 yaş arası olanların sayı isə 145-dir.

2014-cü ilin statistikası isə yaxın zamanlarda açıqlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm