Sabah hava necə olacaq?
Bizi izləyin

Qırmızı.az

Sabah hava necə olacaq?

Mülayim cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq

Fevralın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər saatlarında yarımadanın bəzi ərazilərində az yağıntılı olacağı gözlənilir.

Mülayim cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 2-5, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.

Bu barədə Publika.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bölgələrdə də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında çiskinli olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-3, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm