Bakıda ərindən 9 il ayrı qalan məhkumun övladı oldu - ŞOK TƏFƏRRÜAT (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Bakıda ərindən 9 il ayrı qalan məhkumun övladı oldu - ŞOK TƏFƏRRÜAT (YENİLƏNİB)

Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun oğlunu öldürən qadın barəsində sensasion məlumat yayılıb.

Axar.az-a mötəbər qaynaqdan verilən xəbərdə iddia olunur ki, keçmiş başçının oğlu Ruslan Aslanovu qətlə yetirən Lamiyə Quliyeva həbsxanada övlad dünyaya gətirib.

Hazırda 4 saylı qadın cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan L.Quliyevanın oğlunun olduğu bildirilir. Aslanovun oğlunu nişanlısı Vüqar Əliyevlə birlikdə qətlə yetirən qadının həbsdə necə uşaq dünyaya gətirməsi müəmma olaraq qalır. Məlumatda bildirilir ki, nişanlısı V.Əliyev Qobustan qapalı həbsxanasında saxlanılır.

İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov Axar.az-a açıqlamasında belə bir məlumatın ona da daxil olduğunu təsdiqlədi. E.Behbudov bildirdi ki, bu yaxınlarda bir qrup məhkumun valideyni ona müraciət edib. Görüş zamanı müzakirələrdə məhbus valideynləri L.Quliyevanın övlad dünyaya gətirdiyini bildirib.

“Lamiyə Quliyevaya 10 il iş kəsilib. Onun nişanlısı isə Qobustanda saxlanılır. Mənə də təəccüblü gəldi ki, bu, necə ola bilər? Açığı, özüm araşdırma aparmamışam. Bir qrup məhkumun valideyni ilə görüşdə bu məlumatı verdilər. 4 saylı cəzaçəkmə müəssisəsində qadın dustaqlar var. Bəs, bu uşaq göydən gəldi, ya möcüzə olub, xəbərimiz yoxdur. Hesab edirəm ki, Penitensiar Xidmətin buna aydınlıq gətirməsi yaxşı olardı”, - deyə komitə sədri vurğuladı.

Onun sözlərinə görə, L.Quliyevanın olduğu həbsxanada yalnız rəis və nəzrətçilər kişidir:

“Həbsxanada yalnız qadın dustaqlar var. Bu nə oyundur, anlamaq olmur. Lamiyə Quliyevanın əri yoxdur, nişanlısı Qobustandadır. Bəlkə uşağın atası hansısa nəzarətçidir? Hər halda, araşdırma aparılmalıdır”.

Xatırladaq ki, V.Əliyev və onun nişanlısı L.Quliyeva 2003-cü ilin mayında Şəmkir rayon icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirib. Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

A.Aslanov Kənd Təsərrüfatı nazirinin müavini işləyib, keçmiş nazir Səfər Əbiyevin isə kirvəsidir.

****

Lamiyə Quliyevanın həbsxanada övlad dünyaya gətirməsi bu günlərdə yox, bir neçə ay əvvəl baş verib.

Publika.az-a daxil olan məlumatda bildirilir ki, hadisə 18 oktyabr 2014-cü ildə baş verib. Doğuş prosesi Sabunçu rayon 2 saylı Doğum Evində olub. Məhkum qadın doğuşdan bir qədər əvvəl Ədliyyə Nazirliyinin 4 saylı cəzaçəkmə müəssisəsindən Sabunçu rayon 2 saylı Doğum Evnə gətirilib.

Onun dünyaya gətirdiyi körpə oğlandır.

Qeyd edək ki, Lamiyə Quliyeva bir neçə il əvvəl 4 saylı cəzaçəkmə müəssisəsində nəzarətçi işləyən çavuş, 26 yaşlı Aysel Ağayeva ilə mübahisə etdiyindən faktla bağlı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmə) maddəsi ilə cinayət işi başlanılıb və onun cəza müddəti artırılıb.

Qeyd edək ki, L.Quliyevanın qətldə iştirak edən nişanlısı Vüqar Əliyev məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm