Azərbaycanda "Təhsil" televiziyası yaradılacaq
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda "Təhsil" televiziyası yaradılacaq

Təhsillə bağlı “Təhsil” televiziyasının yaradılması planlaşdırılır.

Publika.az-ın məlumatına görə, bu barədə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda nəzərdə tutulub.

Strategiyada 2015-2016-cı illərdə təhsillə bağlı media və internet resurslarının inkişafının təmin edilməsi nəzərdə tutulur.

Bu ildən uşaq və gənclərin intellektual fəaliyyətlərinin dəstəklənməsi və cəmiyətin inkişafında təhsilin rolunun daha dərindən dərk olunması məqsədilə onlayn “Təhsil” televiziyasının yaradılması planlaşdırılıb.

Bundan başqa, təhsilverənlər, təhsilalanlar və valideynlər üçün maarifləndirmə xarakterli portalların yaradılması, onlayn təlimlər, elektron dərsliklər, video resurslar, internet əsaslı intellektual oyunların hazırlanması nəzərdə tutulub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm