Azərbaycanda 80 faizdən artıq uşaq bağçaya getmir
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda 80 faizdən artıq uşaq bağçaya getmir

Azərbaycanda bağça yaşlı uşaqların 13,5 faizi məktəbəqədər təhsil müəssisələrində tərbiyə alır.

Bu barədə Publika.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

İlkin məlumatlara əsasən, bu il yanvarın 1-nə olan məlumata əsasən, ölkədə fəaliyyət göstərən 1639 dövlət və 41 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 108 min uşaq tərbiyə alır. Bu da 1-5 yaşlı uşaqların 13,5 faizini əhatə edir.

Bu gün 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 971-i ali, orta ixtisas və orta təhsilə malikdir.

2014/2015-ci tədris ilinin əvvəlinə ölkənin 4456 dövlət və 20 qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində 1,3 milyon şagird təhsil alıb.

Bundan əlavə, sağlamlıq imkanları məhdud olan 6000 uşağın təhsil aldığı 16 xüsusi məktəb və ya ümumi
təhsil müəssisələrində xüsusi siniflər fəaliyyət göstərib. Son illər ikinci və üçüncü növbələrdə təhsil alan
şagirdlərin xüsusi çəkisinin azalması müşahidə olunur. Belə ki,2013-cü ildə ümumi təhsil müəssisələrində bu göstərici 15,1 faiz olub, 2014-cü ildə isə 14,9 faizə düşüb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm