Qırmızı.az
Azərbaycanda nə qədər pensiyaçı var?
2015-ci ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1290 min nəfər olmaqla əhalinin 13,6 faizini təşkil edib.
Bu barədə Publika.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, 2006-cı il yanvar ayının 1-dən tətbiq edilən sığorta-pensiya sistemi əmək pensiyalarının baza hissəsinin istehlak qiymətləri indeksi nəzərə alınmaqla bütün pensiyaçılar üzrə bərabər məbləğdə artırılmasını və sığorta hissəsinin indeksləşdirilməsini nəzərdə tutur ki, bu da bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüququnun etibarlı müdafiəsini təmin edir.
İlkin məlumatlara əsasən, təyin olunmuş aylıq pensiyaların orta məbləği 173,4 manata çataraq orta aylıq əmək haqqının 39,1 faizini təşkil edib.
Cari ilin əvvəlinə 335,3 min nəfər sosial müavinət, 51,6 min nəfər Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlərə görə təqaüd və 120,7 min ailənin 527,2 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb. 2014-cü il ərzində birdəfəlik müavinət alanların sayı 116,4 min nəfər olub.
Gülnar Əliyeva
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi