Saatlıda mühasirəyə alınan məktəbin direktoru danışdı
Bizi izləyin

Qırmızı.az

Saatlıda mühasirəyə alınan məktəbin direktoru danışdı

Yanvarın 21-də Saatlının Məzrəli kəndindəki orta məktəbində baş vermiş aksiyaya məktəbə müvəqqəti təyin edilmiş direktor aydınlıq gətirib.

Qeyd edək ki, musavat.com saytının məlumatına görə, ötən gün Məzrəli kəndinin camaatı orta məktəbi mühasirəyə alaraq, yeni təyin olunmuş məktəb direktorunu qovublar. Valideynlərin müvəqqəti təyin edilmiş direktora etiraz etdikləri bildirilib.

Məktəbə müvəqqəti olaraq direktor təyin edilmiş Təhsil Şöbəsinin müdir müavini Şöhrət Bədəlov Publika.az-a belə bir aksiyanın olmadığını deyib:

“Son 10 ildir məktəbdə Mehman müəllim direktor idi. O, səhhətindəki problemlərə görə öz ərizəsi ilə vəzifəsindən azad edilib. Bu gündən müvəqqəti olaraq məktəbdə direktor vəzifəsini icra edirəm, lakin dünən də məktəbdə olmuşam. Məktəbdə heç bir etiraz, aksiya olmayıb. Məktəbdə müəllimlərdən başqa heç kimi görməmişəm. Kaş valideynlər gəlib məktəblə maraqlanardılar. Bu gün valideynləri məktəbə dəvət edib işin yenidən qurulması ilə bağlı iclas keçirməyi planlaşdırırıq”.

Ş.Bədəlov yayılan məlumatların dedi-qodu olduğunu deyib.

“Kənd sakinləri söz-söhbət yaratmağa meyillidir. Onların nə istədiklərini tam bilmirik. Mətbuatda yayılan məlumatlar da həmin mənbələrdən verilmiş yanlış məlumatlardır. Hər zaman məktəbdən direktor dəyişəndə ab-hava bu şəkil ala bilir. Bu, adi dedi-qodudur. Son 4-5 ay ərzində bu kənddə su, yolla əlaqədar müəyyən etirazlar keçirilib. Lakin məktəblə bağlı heç bir etiraz olmayıb. Kənd sakinləri etirazlara meyillidir”.

Ş.Bədəlov məktəbdə tədrisin keyfiyyətinin ürəkaçan olmadığını dedi.

“Məktəbdə bütün fənn müəllimləri var. Lakin ali məktəbə qəbul səviyyəsi aşağıdır. Bundan xəbərdarıq. Bir neçə ay məktəbdə iş aparandan sonra problemin kökünü tapmaq mümkün olacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm