Qırmızı.az
Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilmə artımı avtomatlaşdırılıb
Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" Sərəncamına əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2014-cü il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcək.
Publika.az-ın xəbərinə görə, bu barədə DSMF sədri Elman Mehdiyev məlumat verib.
O bildirib ki, Azərbaycanda 2006-cı il yanvarın 1-dən tətbiq edilən sığorta-pensiya sistemi əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini nəzərdə tutur ki, bu da bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüququnun etibarlı müdafiəsini ifadə edir.
“Bununla da ölkəmizdə ilk dəfə olaraq istehlak qiymətləri
indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun
indeksləşdirmə aparılmağa başlanmışdır. 2007-ci ildən başlayaraq
Azərbaycan Respublikası Prezidenti tərəfindən əmək pensiyalarının
sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 9 sərəncam
verilib.
2014-ci ildə Azərbaycan dövlətinin həyata keçirdiyi düşünülmüş
iqtisadi siyasət nəticəsində inflyasiyanın aşağı səviyyədə
saxlanılması təmin olunub, bununla belə istehlak qiymətlərinin 1,4
faizlik indeksi qeydə alınıb. Sərəncama əsasən, sığortaolunanlar
üzrə ödənən və onların fərdi hesablarında qeydə alınan pensiya
kapitallarının da indeksləşdirilməsi aparılacaqdır”.
E.Mehdiyev onu da əlavə edib ki, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün hər ay təqribən 1 milyon manat, il ərzində isə 12 milyon manat əlavə vəsait tələb olunacaq. Bu vəsaitlər DSMF-nin büdcəsində öz əksini tapıb.
Gülnar Əliyeva
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR