Qırmızı.az
İsmayıllıda da mühafizəçilər ayağa qalxır - Video
“Azər mühafizə” MMC-nin İsmayıllı filialında işləyənlər də etirazlara hazırlaşır.
Axar.az-a verilən xəbərə görə, dələduz şirkət müdiri Vüqar Hüseynovun aldatdığı 7 min mühafizəçidən bir hissəsi də bu rayonda depozit qoyub.
Onlar Şabran, Qazax, Tərtər və başqa bölgələrdə olan həmkarları kimi əmək haqlarını ala bilməyib. Mühafizəçilər aksiyalara başlamağı planlaşdırır. Onların arasında 3-10 min manat civarında depozit qoyanlar var.
İsmayıllının mərkəzində mühafizə firmasının ofisi yerləşir və hüququ pozulanlar ora toplaşmağı nəzərdə tutub.
Azərbaycanda irimiqyaslı dələduzluq faktlarından biri olan bu hadisə artıq böyüməkdədir. V.Hüseynova məxsus “Qala” Beynəlxalq Təhlükəsizlik Xidməti də vətəndaşlara kələk gəlib. Barəsində cinayət işi açılmış idarə müdirinin mənimsədiyi vəsaitlərin mühafizəçilərə qaytarılıb-qaytarılmayacağı sual altındadır.
-
Nida Xəbər 11:15
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?