Qırmızı.az
Azərbaycanlı İŞİD-çidən atasına çağırış - VİDEO
Suriyada İŞİD-ə qoşulan azərbaycanlı gənc atasına çağırış edib.
Axar.az xəbər verir ki, özləri üçün o qədər də adi olmadığı sezilən “kabablama mərasimində” çıxış edən vəhhabi vəziyyətindən razılıq edir. O, hazırlanmış süfrənin yüksək səviyyədə olduğuna inana-inana (görünür, hətta bu vəziyyətdə açılmış süfrə də Suriyada nadir hadisə sayılır) rahat şərait, pulsuz mənzil və normal qidalanmadan danışır.
Atasına çağırış edən terrorçu onu Suriyaya dəvət edir. Onun yanında olan və kadrları lentə alan da azərbaycanlıdır. Yol üstündəki kafelərin birində yemək yeyən vəhhabi gənc heç bir problem olmadığını söyləyir.
“Burada kimsə ac-susuz qalmır. Azərbaycandakından daha yaxşı yeyirik. Gəl bura, yaxşı ev də verilir, yaşa da. Orda yaşamaqdansa, burda yaşa”.
İnsanın yalnız “rahat yeməkdən ibarət məxluq” olduğu təsəvvürünü atasına aşılamağa çalışan vəhhabi gənc deyir ki, Suriyaya gəlmək üçün Elnur adlı şəxsə müraciət etsin.
Bu çağırış əslində Suriyada döyüşənlərin təfəkkürünü ortaya qoyur; onlar yalnız yatmaq üçün yer və ət yemək üçün vuruşmaq təfəkkürünə sahibdirlər ki, bu da qətiyyən insani deyil – belə dünyagörüşlə ancaq meşə yırtıcıları yaşayır.
Yəqin ki, Elnurun kimliyi ilə artıq Azərbaycan hüquq mühafizə orqanları maraqlanacaq…
Azadxəbər.az-ın yaydığı videonu təqdim edirik:
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR