Zakir Qaralov kəlbəcərli girovlarla bağlı cinayət işinin istintaqını nəzarətə götürdü
Bizi izləyin

Qırmızı.az

Zakir Qaralov kəlbəcərli girovlarla bağlı cinayət işinin istintaqını nəzarətə götürdü

Erməni girovluğunda olan şəxslərlə bağlı cinayət işinin istintaqı baş prokurorun xüsusi nəzarətinə götürülüb.

Publika.az-a Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, 2014-cü ilin iyul ayında Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun yaxın qohumlarının məzarlarını ziyarət etmək məqsədilə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan Kəlbəcər rayonunun ərazisində olarkən, münaqişə tərəfinin silahlı qüvvələrinin tərkibinə daxil olmayan və bilavasitə döyüş əməliyyatında iştirak etməyən mülki şəxslər olmalarına baxmayaraq, işğalçı dövlətin hərbiçiləri tərəfindən əsir götürülərək onlara işgəncələr verilməsi, beynəlxalq hüquq normalarına qəsdən zidd olaraq həbs edilib prosessual hüquqlardan məhrum edilməklə Həsən Həsənovun odlu silahla qəsdən öldürülməsi, Şahbaz Quliyev və Dilqəm Əsgərovun barəsində isə heç bir dövlət tərəfindən tanınmayan, qondarma “Dağlıq Qarabağ Respublikası” adından saxta ittihamlar irəli sürülərək hökm çıxarılması faktları üzrə Kəlbəcər rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin 115.2 (Müharibə qanunlarını və adətlərini pozma), 115.4, 116.0 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və 116.0.18-ci maddələri ilə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Cinayət işinin istintaqı Azərbaycan Respublikası Baş prokurorunun xüsusi nəzarətinə götürülüb.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm