Qırmızı.az
Milli Məclisdə Aliment Fondunun yaradılması təklif olundu
"Azərbaycanda azyaşlı uşaqları üçün aliment ala bilməyən qadınlara kömək məqsədilə dövlət tərəfindən yeni fond yaradıla bilər”.
Publika.az-ın məlumatına görə, belə bir təkliflə Milli Məclisin deputatı Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.
Onun sözlərinə görə, alimentdən imtina edən ataların cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı 2012-ci ilin sonundakı qanun dəyişikliyi problemin həllinə köklü kömək edə bilməyib. Q.Paşayeva deyib ki, bu məsələ daha çox rayonlarda, kəndlərdə özünü qabarıq şəkildə göstərir: “Aliment ala bilməyən analar çətin vəziyyətdə qalırlar. Adamların qeyri-rəsmi qazancı olsa da, rəsmi işləmədiklərini bəhanə gətirərək, aliment ödəməkdən boyun qaçırırlar. Belə analar azyaşlı uşaqları ilə çox pis vəziyyətdə qalırlar”.
Deputat Q.Paşayeva bu cür problemlərin aradan qaldırılması üçün Aliment Fondu yaradılmasını təklif edib: “Belə fond alimenti özü ödəyir, amma əvəzində atadan həmin vəsaiti ala bilir. Hətta işi olmadığını bəhanə gətirənləri işə düzəldir. Belə olanda analar məhkəmə qapılarında qalmır, işləri yüngülləşir”.
Spiker Oqtay Əsədov isə Q.Paşayevanın təklifi ilə razılaşmayıb: “Belə fond yaratmaqla problemləri daha da artırmaq olar. Bu halda aliment verməyənlərin sayı daha da artmış olar. Bu məsələnin həlli üçün digər vasitələri düşünün. Çünki bəzi ölkələrdə alimenti əmlaka yönəldirlər”.
Vasif Həsənli
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi