Qırmızı.az
454 mindən artıq şəxsə aylıq və birdəfəlik sosial müavinət ödənilib
Son bir ildə respublikada aylıq və birdəfəlik sosial müavinət ödənilən şəxslərin sayı 454 411 nəfər təşkil edib. Onlardan 338 216 nəfəri (74,4 faiz) aylıq, 116 195 nəfəri (25,6 faiz) isə birdəfəlik sosial müavinət alanlar olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Publika.az-a verilən məlumata görə, hesabat dövründə Azərbaycan Prezidentinin 17 mart 2014-cü il tarixli Fərmanına əsasən, müharibə veteranlarının sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə onlara təyin olunan aylıq sosial müavinətlərin məbləği 21,6 faiz artırılıb. Həmçinin dövlət başçısının 27 dekabr 2013-cü il tarixli Fərmanı ilə 01 yanvar 2014-cü il tarixdən etibarən yeni sosial təminat növü kimi, beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış uşaqlarının hər birinə görə 30 manat məbləğində aylıq sosial müavinətin təyin olunmasına başlanılıb. Hazırda ölkə üzrə 2 954 nəfər qadının 18 yaşına çatmamış 8 794 nəfər uşağı bu müavinətlə təmin olunur.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən sosial müavinət və təqaüdlərin ödənişində şəffaflığın təmin olunmasına xüsusi diqqət yetirilir. Sosial müavinət və təqaüdlərə dair məlumatlar xüsusi proqram təminatı vasitəsilə vahid məlumat bazasında toplanıb. Sosial müavinət və təqaüd təyin olunanların siyahısı ƏƏSMN-nin rəsmi internet saytının (www.mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölməsində müvafiq ad altında təqdim olunur. Ölkədə sosial müavinətlərin ödənişi plastik kartlarla bankomatlar vasitəsilə aparılır.
Gülnar
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi