Ana doğuşda öldü
Bizi izləyin

Qırmızı.az

Ana doğuşda öldü

Azərbaycanda növbəti ana ölümü baş verib.

Ölüm hadisəsi fevralın 2-dən 3-nə keçən gecə Lənkəran Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

Oxucularımızın verdiyi məlumata görə, Cəlilabad rayonu, Alar kənd sakini, 1986-cı il təvəllüdlü Nuriyeva Rəhimə Şahəli qızı üzərində qeysəriyyə əməliyyatı aparılıb. Lakin qadın əməliyyatdan sağ çıxmayıb.

Əməliyyatı doğum şöbəsinin mama-ginekoloqu Rufullayeva Mehparə Cəzail qızı edib.

Bu, 29 yaşlı qadının 3-cü hamiləliyi olub. Yeni doğulmuş körpənin vəziyyəti qənaətbəxşdir.

Lənkəran rayon Prokurorluğundan ANS PRESS-ə doğuş zamanı ölüm faktı baş verməsi təsdiqlənib. Lakin mərkəzi rayon xəstəxanasından bu barədə məlumatsız olduqlarını deyiblər.

Qeyd edək ki, adıçəkilən xəstəxanada 24 oktyabr 2014 tarixində ana ölümü baş verib. Astara royonu, Ərçivan kənd sakini, 1980-cı il təvəllüdlü Məmmədova Xoşqədəm Yədulla qızı da qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm