• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Bu elektron xidmətlərdən istifadə edənlər daha çoxdur

Bu elektron xidmətlərdən istifadə edənlər daha çoxdur

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidməti son bir ayda “Elektron hökumət” portalı üzərindən ən çox istifadə olunan elektron xidmətlər siyahısında 130321 ədəd istifadə sayı ilə ilk yeri tutmaqda davam edib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, habelə cari ilin yanvar ayında ƏƏSMN-in “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən istifadə sayı 65285 ədəd, “İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı isə 9979 ədəd olub. Qeyd olunan dövrdə ƏƏSMN-nin yalnız bu üç e-xidməti üzrə istifadə sayı 205585 ədəd olmaqla, ölkə üzrə “Elektron hökumət” portalı üzərindən 43 qurum tərəfindən göstərilən 292 elektron xidmətə dair ümumi istifadə sayının (532785 ədəd) 38,5 faizini təşkil edib.

Xatırladaq ki, “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti ƏƏSMN tərəfindən ötən il əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi ilə bağlı olaraq, əmək münasibətlərinin elektron müstəvidə qeydiyyata alınmaqla şəffaflaşdırılmasına xidmət edir. Bu sistemin tətbiqi eyni zamanda “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” və “İş yerinə dair arayış” e-xidmətlərinin də əhalinin istifadəsinə verilməsinə imkan yaradıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR