Qırmızı.az
Rüstəmxanlıların üzləşdiyi qəzanın təfərrüatı (YENİLƏNİB)
Bu dəqiqələrdə redaksiyamıza tanınmış naşir Şahbaz Xuduoğlunun ağır qəza keçirdiyi xəbəri daxil olub.
Axar.az xəbər verir ki, Şahbaz Xuduoğlu Yardımlıdan yas mərasimindən qayıdarkən qəzaya düşüb və həyat yoldaşı dünyasını dəyişib.
Hazırda mərhumə Bakıya gətirilir.
Xatırladaq ki, Ş.Xuduoğlunun həyat yoldaşı Tənzilə Rüstəmxanlının bacısıdır.
Şahbaz Xuduoğluya və Rüstəmxanlılar ailəsinə dərin hüznlə başsağlığı veririk.
***
Yardımlıdan Bakı istiqamətinə hərəkət edən “Toyota Prado” avtomobili yoldan çıxaraq aşıb və dərəyə yuvarlanıb.
Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi icra aparatını rəhbəri Samir Əsədlinin Publika.az-a verdiyi xəbərə görə hadisə nəticəsində Şahbaz Xuduoğlunun həyat yoldaşı Könül xanım faciəli şəkildə dünyasını dəyişib, bacısı İlahə xanımın vəziyyəti isə ağırdır:
“Hadisə Yardımlı-Masallı yolunda, saat 16 radələrində baş verib. Həmin vaxt avtomobili Şahbaz bəyin sürücüsü idarə edirmiş. Sürücü idarəetməni itirdiyindən avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb. Şahbaz bəyin bacısı Könül xanım Masallı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağırdır. Şahbaz bəyin özü xəsarət almayıb”.
Anar
-
Nida Xəbər 11:15
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?